2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Türkiyəyə daha bir qrup yanğınsöndürən və amfibiya-təyyarə göndərib

Bakı/05.08.21 Azərbaycan Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarını söndürmək üçün Türkiyəyə “Be-200ÇeSe” tipli amfibiya- təyyarə göndərib. Bundan əlavə, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu Türkiyəyə yola düşüb.

Qrupa 40 ədəd yanğın texnikası və 150 yanğınsöndürən daxildir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 150 nəfərdən ibarət komandası iki dəstəyə bölünüb, bundan sonra Muğlanın Kavaklıdərə və Menteşe qəsəbələrinə yola düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə iyulun 30-da Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin 100 əməkdaşından ibarət ilk qrup Türkiyəyə gedib.

İyulun 31-də Türkiyəyə daha bir yanğın-xilasetmə qrupu göndərilib. Oraya 1 vertolyot, 54 ədəd texnika, həmçinin 247 nəfər şəxsi heyət daxil olub.

Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 8 gün ərzində Türkiyədə 187 meşə yanğını baş verib. Onlardan çoxunu lokallaşdırmaq mümkün olub.   “Onlardan 15-i (187 meşə yanğınından) hazırda davam edir, bu yanğınlardan bəzisi nəzarət altına alınıb”, – o bildirib.

Prezidentin sözlərinə görə, Türkiyədə meşə yanğınlarının söndürülməsinə 20 təyyarə və 51 vertolyot cəlb edilib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev meşə yanğınlarının söndürülməsi üçün Bakının Türkiyəyə daha bir təyyarə- amfibiya göndərmək niyyətində olduğunu bildirib.

Prezident  əlavə edib ki, Türkiyənin hüquq-mühafizə orqanları yanğınların başvermə səbəblərini diqqətlə araşdırırlar.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button