2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan tütününə alıcı tapılmır

Zaqatalada fəaliyyət göstərən tütün emalı zavodu məhsulunu sata bilmir. Zavodun direktoru Fazil Rüstəmovun verdiyi məlumata görə, hər il zavoda 1 000-1 500 ton tütün gətirilir. Emal üçün zavoda gətirilən tütün Şəki, Qax və Zaqatalada əkilir. Əkilən tütün sortu isə ABŞ-ın Virciniya adlı növüdür.
F.Rüstəmov bildirib ki, il ərzində zavodda 1000 ton məhsul istehsal edilir. Emal edilən tütünün 300-400 tonu Rusiyaya, cəmi 20-30 tonu isə Belarusiyaya satılır. Qonşu Gürcüstan isə 15 ton tütün alır.
Zavod rəhbəri yerli bazara isə ancaq xam tütünün satıldığını bildirdi. Satılmayan tütün anbarlarda yığılıb qalır.
F.Rüstəmovun sözlərinə görə, mövsümdə zavodda 60 nəfər, qeyri-mövsüm müddətində isə 20 nəfər işləyir. Hazırda zavodda tütün emalı dayanıb. Çünki zavod aprel- may aylarına kimi işləyir. (Fins.az)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button