2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan və daha 3 ölkə Aİ-yə elektrik enerjisi ötürmək istəyir

Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın Avropa İttifaqına (Aİ) elektrik enerjisinin tədarükü ilə bağlı müqavilə imzlayacazqları gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Novosti-Georgia” məlumat yayıb. Məlumatda qeyd olunduğuna görə, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili “İmedi” telekanalına müsahibəsində deyib.

“Yaxın vaxtlarda Gürcüstan, Rumıniya, Macarıstan və Azərbaycan arasında razılıq əldə olunacaq ki, bütün dörd ölkə eyni vaxtda bu layihəni həyata keçirə bilsin, çünki bu, bir neçə milyardlıq sərmayədir və eyni zamanda, bu Gürcüstanın birbaşa AB enerji strukturlarına qoşulmağa imkan verəcək” Davitaşvili vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Gürcüstana işgüzar səfəri zamanı bildirib ki, Bakı Gürcüstan vasitəsilə beynəlxalq bazarlara 157 QVt elektrik enerjisi tədarük etmək niyyətindədir.

Bir həftə əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov Tbilisiyə səfər edib. Davitaşvili ilə görüşdə o, Gürcüstan və Azərbaycanın Rumıniya və Macarıstanın iştirakı ilə həyata keçirməyə ümid etdikləri layihəni Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi imkanlarını müzakirə edib.

Bir gün əvvəl Macarıstanın baş naziri Viktor Orban gürcü həmkarı İrakli Qaribaşvili ilə Budapeştdə apardığı danışıqlardan sonra bildirib ki, Macarıstanın Gürcüstan vasitəsilə Azərbaycandan elektrik enerjisi almağa ehtiyajı var.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button