2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Ermənistan nə qədər silah alıb?


Silah ixrac edən ölkələr 2006-2015-ci illərdə Azərbaycana 1 milyard 328.9 milyon dollar dəyərində silah satdığını açıqlayıb. Ermənistana rəsmi yollarla gətirilən silahların toplam dəyəri bundan qat-qat az – 26.7 milyon dollardır. Söhbət aktiv döyüş əməliyyatlarında istifadə olunan ağır artilleriyadan və hərbi texnikadan deyil, əsasən, yüngül döyüş silah-sursatından gedir.
ƏSAS TƏCHİZATÇILAR – RUSİYA, İSRAİL, TÜRKİYƏ
Sözügedən zaman dilimində – 2006-2015-ci illərdə Rusiya Azərbaycana 1 milyard 29.6 milyon dollar dəyərində silah-sursat satdığını BMT-nin statistika bölməsi vasitəsilə açıqlayıb. Bunun 975.5 milyonu 2011-2013-cü illərin payına düşür. Ötən ilin silah satışı rəqəmləri hələ açıqlanmayıb.
Azərbaycana silah satışında ikinci yerdə duran İsrail həmin dövrdə Azərbaycana silah satışından 157 milyon dollar qazanıb. Türkiyə eyni dövrdə Azərbaycana 185.4 milyon dollarlıq silah satıb.

DÖYÜŞ SİLAHLARININ SATIŞINA DAİR BİLGİLƏR GİZLİ SAXLANIR
BMT-nin statistika bölməsinin beynəlxalq ticarətə dair hesabatlarına görə, 2010-2016-cı illərdə Azərbaycan həm də, əsasən, Cənubi Afrika Respublikasından olmaqla, 5.6 milyon dollarlıq tank və digər özüyeriyən zirehli texnika və onların ehtiyat hissələrini satın alıb. Ermənistana bu növ hərbi texnika ixracı haqqında məlumat verilmir. Hər iki ölkəyə hərbi təyyarə və helikopter, eləcə də hava hücumundan qorunma sistemlərinin satışı barədə ictimaiyyətə açıq bilgilər yoxdur. Ancaq hər iki ölkənin hərbi qurumları bu sahədə silahlanmanı sürdürdüyünü bəyan edir.
Gömrük və statistika komitələri Azərbaycanın silah ticarətinə dair hər hansı məlumat vermir. Ermənistansa «Comtrade» vasitəsilə yalnız 2012-ci (100 min dollar dəyərində) və 2016-cı ildə (69 min dollar dəyərində) silah aldığını bildirib.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button