2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Ermənistan Rusiyanın təklifini qəbul etdilər

Bakı/28.07.21 Azərbaycan Rusiya tərəfinin 28 iyul Moskva vaxtı ilə saat 09: 00 -dan etibarən Ermənistanla sərhəddə atəşkəs elan etmək təklifini qəbul etdi. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Rusiya tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə 10: 00-dan (Moskva vaxtı ilə 09:00) atəşkəs elan edilməsi təşəbbüsünü qəbul etdik”, məlumatda deyilir.

TASS xəbər verir ki, eyni zamanda, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Ermənistan tərəfi tank və minaatanlardan da istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəş etməyə davam edir.

Saytların yığılması Saytlarin yigilmasi

Sputnik Ermənistan xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə atəşkəs barədə razılığını təsdiqlədi.

Çərşənbə günü səhər tərəflər bir -birini təcavüzdə ittiham etdilər. Azərbaycan tərəfindən  iki nəfər yaralanıb, Ermənistan tərəfində  isə üç nəfər ölüb, iki nəfər yaralanıb.

Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında  bildirib ki, çərşənbə günü Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirdi, Rusiyanın sosial-iqtisadi inkişafı, Əfqanıstandakı və Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etdib.—0—

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button