2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan və Ermənistan XİN başçılarının anons edilmiş görüşü baş tutmayıb

Bakı/04.12.21 Yerevanın Stokholmda ATƏT-in nazirlər konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 3-də keçiriləcəyini anons etdiyi görüş baş tutmayıb. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.

O, Ermənistan tərəfin dəfələrlə elan etdiyi görüşün baş tutmamasının səbəbini açıqlamayıb. Eyni zamanda, Unanyan deyib ki, “Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşdən heç vaxt çəkinməyib”.

Onun sözlərindən belə bir nəticə çıxarmaq olar ki, Yerevan ATƏT MQ-nin həmsədrlərinin iştirakı ilə görüş keçirilməsində israr edirdi, Bakı isə bununla razılaşmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, Azərbaycan XİN nə həmsədrlərin iştirakı ilə, nə də onların iştirakı olmadan planlaşdırılan Bayramov-Mirzoyan görüşü haqqında heç bir məlumat verməmişdi. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button