2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Fransa prezidentlərinin telefon danışığı

Bakı/05.08.21 Fransa prezidenti Emmanuel Makron və Azərbaycan prezidenti İlham Əliyev regional sabitliyə nail olmaq üçün əməkdaşlıq haqda razılığa gəliblər. TASS-ın məlumatına görə, bu barədə cümə axşamı Yelisey Sarayının iki liderin telefon danışığının yekunlarına dair yaydığı bəyanatda deyilir.

“Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Emmanuel Makron ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, Fransa, ABŞ) dəstəyinə əsaslanaraq regionda sabitliyin möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq barədə razılığa gəliblər”, – Fransa liderinin administrasiyasından bildiriblər.

Söhbət zamanı Makron “Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginliyin artmasından narahatlığını ifadə edib”. “Prezidentlər regionda vəziyyəti və Fransanın dəstəklədiyi 9 noyabr razılaşması baxımından aradan qaldırılmalı olan digər çətinlikləri müzakirə ediblər”, – məlumatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Cümə axşamı saat 18:00-a qədər rəsmi Bakı bu danışıq barədə məlumat verməyib.—06D-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button