2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azərbaycan və Gürcüstan Rusiyanın Ukraynadakı hərbi uğursuzluğunda maraqlıdır”

Qabil Hüseynli: “Bu üç dövlət təbii müttəfiqdirlər və belə də qalacaqlar” Ukraynada hökumət qüvvələri ilə ruspərəst separatçılar arasında hərbi qarşıdurma getdikcə böyüməkdədir. Rusiyanın “xeyir-duası” sayəsində öz torpaqlaırnın bir hissəsini itirən Azərbaycan və Gürcüstan Rusiyanın Ukraynadakı hərbi uğursuzluğunda maraqlı olmalıdırmı? 24saat.org-a açıqlama verən politoloq Qabil Hüseynli Azərbaycan, Gürcüstan və Ukraynanın təbii müttəfiq olduğuna diqqət çəkdi: “Əlbəttə ki, Azərbaycan və Gürcüstan Rusiyanın Ukaynada hərbi uğursuzluğuna maraqlı olmalıdır. Cənubi Qafqazda Ermənistan istisna olmaqla, Rusiya digər iki Cənubi Qafqaz dövlətinə düşmənçilik münasibəti bəsaləyir. Gürcüstanın, Azərbaycanın və Ukraynanın həm strateji maraqları, həm də taktiki maraqları üst-üstə düşür. Hər üç dövlət üçün zərər törədən dövlət Rusiyadır. Bu mənada bu dövlətlər faktiki olaraq təbii müttəfiqdirlər. Bunu hələlik siyasi səviyyədə dilə gətirmək mümkün olmasa da, bu, mahiyyətcə belədir və belə də qalacaq”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button