2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan və İranın xarici işlər nazirlərinin telefon danışığı

Cümə günü  Azərbaycan və İranın  xarici işlər nazirləri Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahianın  telefon danışığı olub. Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif aspektlərinin inkişafından məmnunluq ifadə ediblər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.  

Son həftə İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Azərbaycana səfərinin nəticələri və əldə olunmuş razılıqlar, habelə Azərbaycan müdafiə naziri Zakir Həsənovun İrana səfəri və bu çərçivədə keçirilmiş görüşlər iki ölkə arasındakı əlaqələrin inkişafının bariz göstəricisi kimi vurğulanıb.

Tərəflər birgə layihələrin həyata keçirilməsini, Astaraçay üzərində təməli qoyulmuş yeni körpünün, eləcə də İran Astarasında dəmir yolu yük terminalının tikintisinin 2022-ci ildə tamamlanmasının hədəflənməsinin ikitərəfli əlaqələrin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

İki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasının bu ilin martında Bakıda keçirilməsinin planlaşdırıldığı məmnunluqla bildirilib. 06Â-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button