2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Astanada görüşüblər

Qazaxıstanda səfərdə olan İlham Əliyev bu görüşdən öncə İran prezidenti ilə görüşmüşdü

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 13-də Astanada Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Vladimir Putin deyib ki, Rusiya Azərbaycanın aparıcı iqtisadi-ticari tərəfdaşlarından biri kimi qalmaqdadır və əmtəə dövriyyəsi artır:

“Məncə, ötən il 14 faiz artıb, bu ilin ilk 7 ayı ərzində 7 faizdən çox artıb.”

Azərbaycan Prezident İlham Əliyev deyib ki, münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik qarşılıqlı fəaliyyət səviyyəsinə çatıb və bir çox məsələlər üzrə fəal surətdə irəliləyir:

“Biz bütün istiqamətlər üzrə müsbət dinamika görürük.”

Qazaxıstanda səfərdə olan İlham Əliyev bu görüşdən öncə İran prezidenti ilə görüşmüşdü.

Həmin görüşdə də əsasən ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyi açıqlanıb.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Qazaxıstana işgüzar səfər edib.

O, orada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı iclasında iştirak edib.

Əliyev habelə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçılarının iclasında da iştirak etməlidir. Qazaxıstan 2022-ci ildən MDB-yə sədrlik edir.

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin çağırılması barədə ideyanı da ilk dəfə 1992-ci ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 47-ci sessiyasında Qazaxıstan irəli sürüb.

Azərbaycan prezidenti Qzaxıstandan öncə isə Qırğızıstanda səfərdə olmuşdu.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button