2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan və Rusiya sərhədində əməliyyatlar

Bu il mayın 29-dan iyunun 4-ə kimi Azərbaycan və Rusiya sərhədyanı rayonlarında “Sərhəd” şərti adı altında birgə kompleks əməliyyat-axtarış tədbirlər keçirilib.

Bu barədə iyunun 6-sı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda bildirilir ki, bununla bağlı Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əvvəlcədən razılıq olub.

Buna da bax:​ Ölkəyə pul gətirilməsi və çıxarılması ilə bağlı yeniliklər

“Müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 29 şəxs, o cümlədən Rusiyada axtarılan 13 nəfər tutulub. İtkin düşmüş hesab olunan 3 nəfərin yeri müəyyənləşdirilib, dövlətə borclu qismində axtarılan 56 nəfər saxlanıb.

Qanunsuz saxlanan 8 avtomat, 13 tapança, 66 tüfəng, 53 əl qumbarası, 25 silah sandıqçası, 29 müxtəlif hərbi ləvazimat və 7145 müxtəlif çaplı patron götürülüb”

Məlumatda qeyd edilir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 15 fakt aşkar olunub. Nəticədə 600 qram marixuana qanunsuz dövriyyədən çıxarılıb. Ümumi çəkisi 10 ton 306 kiloqram olan 39 min 396 ədəd çətənə kolu məhv edilib.

Buna da bax: Donald Trump Dövlət katibinə Rusiya ilə münasibətlərin bərpasını göstəriş verib

“Bundan başqa, tədbirlər zamanı sərhədyanı rayonların ərazisində törədilən 16 müxtəlif cinayətin açılması təmin edilib”.

Nazirlik bildirir ki, belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button