2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Rusiya təhlükəsizlik sahəsində əməkdaşlıq planı imzaladı

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.

Bu barədə Report.az Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən xəbər verir.

“Nikolay Patruşev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə ediblər. Onlar informasiya mübadiləsini və iki ölkənin təhlükəsizlik şuralarının, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət idarələrinin ekspertləri səviyyəsində məsləhətləşmələrin aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar”, – məlumatda deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Ramiz Mehdiyev MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin beşinci illik görüşündə iştirak etmək üçün Moskvada səfərdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button