2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan və Türkiyə əsgərləri bir yerdə – VİDEO

Azərbaycan və Türkiyə ordusunun əsgərləri “Efes-2016” beynəlxalq təlimləк çərçivəsində səmimi anlar yaşayıblar. 

ANS PRESS-in məlumatına görə, əsgərlər təlimlərdən sonrakı fasilələr zamanı voleybol oynayıblar.
Türkiyə hərbi qulluqçuları Azərbaycan əsgərləri ilə yanaşı pakistanlı həmkarları ilə də voleybol oynayıblar.
Əsgərlər təlim çərçivəsində çox yorulublər. Türk əsgərlər təlimlərdən sonrakı yorğunluğu çıxarmaq üçün qonaqpərvərlik edərək digər ölkələrin hərbi qulluqçuları ilə maraqlı söhbətlər ediblər.
Daha sonra Türkiyə və müttəfik ölkələrin əsgərləri dövlət bayaraqları ilə şəkil çəkdiriblər.
Ötən gün iyunun 4-də yekunlaşacaq “Efes-2016” beynəlxalq təlimlərindən görüntülər yayılıb. Təlimlərə Azərbaycanla yanaşı ABŞ, Almaniya, İngiltərə, Qətər, Pakistan, Polşa, Səudiyyə Ərəbistanı və Türkiyə ordusu qatılıb. Təlimlərdə 800-dən çox hərbçi iştirak edir.
Təlimin məqsədi birlik və qərargahların planlı, qarşılıqlı çalışmaq vərdişlərini formalaşdırmaqdır. Artıq hava hücumu hərəkatı, yaralı əsgərlərin əməliyyat bölgəsindən uzaqlaşdırılması, səhiyyə xidmətlərinin göstərilməsi, amfibiya gəmilərin təlimləri – yükləmə, minmə, gəmidə fövqəladə vəziyyət zamanı hərəkət, suda sağ qalmaq, top atəşi kimi təlimlər uğurla həyata keçirilib.
Hərbi təlim zamanı Türk Silahlı Qüvvələrinə aid 16 “Cougar”, “Skorsky” və “UH-1” helikopterlərindən istifadə edilib.  Təlimlər Türkiyənin İzmir şəhərində keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button