2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan Xəzər regionunda hasilatı donduran yeganə ölkə ola bilər

Venesuela dövlət başçısının Azərbaycana səfəri nə ilə yadda qaldı? Əslində bircə faktorla – o da neftin dünya bazar qiymətləri məsələsi ilə desək, yanılmarıq. Bizi birləşdirən amil məhz neftin dünya bazarlarındakı aşağı qiymətlərinin qane etməməsi faktorudur.

Azərbaycan Prezidenti İlham Əliyev Nikolas Maduro ilə mətbuat üçün bəyanatla çıxış edərkən bildirdi ki, “ölkəsinin dünyanın neft bazarının tənzimlənməsi, sabitləşdirilməsi və neftin qiymətinin qalxması üçün Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Biz neft bazarını ancaq bu təqdirdə sabitləşdirə bilərik”.

Yəni Azərbaycan bir hasilatçı neft ölkəsi, gəlirlərinin hazırda 71,85%-nin xam neftdən asılı olduğunu nəzərə alsaq, dünya bazarında Prezident Əliyevin qeyd etdiyi kimi, ədalətli qiymətlərin bərqərar olmasında maraqlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Daha dəqiq ifadə etsək, hazırda Brent markalı neftin bir barelinin orta qiyməti 43 dollar ətrafındadır. Hasilatçı ölkələrin arzusu isə bu qiymətin 60 dollar ətrafında bərqərar olmasına köklənib. Yəni ortaya yaxın perpspektivdə neft qiymətlərinin 40% artması uğrunda maraqlar qoyulub.

Və bu maraqları ilə Bakıya və sonradan da Körfəz ölkələrinə səfərə çıxan Venesuela prezidenti hesab edir ki, elə bir formula fikirləşib tapmaq gərəkdir ki, yaxın 10 ildə bir daha neftin kəskin ucuzlaşması ilə qarşılaşmayaq.

İstənilən halda bu cür arzular müsbət qarşılanmalıdır. Çünki dünya bazarlarında böyük bir seqmentin stabilliyinə yönəlib. İkincisi, bu stabillikdə Azərbaycanın da maraqları öz əksini tapır, çünki bizim gəlirlərimiz əksər hissəsi indiki halda neft, qaz və neft məhsulları ümumi ixracatımızın 86%-ni təşkil edir.

Hazırda neft qiymətlərinin stabilliyinə nail olmağın ən “əlçatan” yolu hasilatın azaldılmasından keçir, yəni “dondurma” əməliyyatından.

Bir sıra KİV-lərdə və sosial şəbəkələrdə Azərbaycanın neft hasilatını “dondurması” çox səthi şəkildə və bəzən də qeyri-ciddi formada cəmiyyətə təqdim edirlər.

Məsələnin mahiyyətini dərindən bilməyənlər elə zənn edirlər ki, “dondurma” əməliyyatı, şirkətlərə hasilatın nə qədər azaldılması ilə bağlı plan və tapşırıqların verilməsi ilə yekunlaşmalıdır. Yəni, OPEK-in 30 noyabr Vyana konfransında yeni kvotalarla bağlı verəcəyi qərarda olduğu kimi. Ancaq bu, heç də belə deyil.

Xəzər hövzəsində bu günə qədər 2017-ci ildə Azərbaycandan başqa (bizdə hasilat obyektiv səbəblər üzündən azalır) heç bir ölkə hökumətinin rəsmən neft hasilatını azaltmaq haqqında planı yoxdur.

Məsələn, Qazaxıstan hökuməti gələn ilin büdcəsinə neft hasilaını 4,5 mln. ton artırmağı, Rusiya hökuməti isə 4 mln. ton hasilatın artırılmasını müəyyənləşdirib. Türkməmistanda isə artıq 3 ildir ki, hasilat dənizdəki yataqların hesabına artır. İran isə sanksiyaların aradan götürülməsi hesabına gündəlik hasilatı artıq 3,6 mln. barelə çatdırıb və bunu 4 mln.-a qədər artırmağı planlaşdırır.

Belə olan tərzdə Azərbaycanın hasilatı artırmayacağı ilə bağlı bəyanat verməsi iqtisadiyyatları neftdən asılı olan qonşu ölkələrin “hasilat yarışına” girdikləri vaxt zamanında edilmiş bir çağırışdır. Axı, Xəzər hövzəsi ölkələrindən yalnız İran OPEK-ə üzvdür, özü də rəsmi Tehran uzun müddət sanksiyalar altında olduğunu əsas gətirərək hasilatını azaltmaq fikrinə heç də ürəkdən yanaşmır.

Yəni, hətta bu ideyaya dəstək də versə, reallıqda nə qədər əməl edib-etməyəcəyi bəlli deyil. Belə isə tutaq ki, OPEK növbəti toplantısında gündəlik hasilatı 700 min barel azaltmaq haqda qərar verdi, ancaq təkcə Xəzəryanı ölkələr gələn il 200 min bareldən çox hasilatı artırmaq planı qoyurlar, reallıqda daha da çox ola bilər.

Nigeriya və Liviyanın hasilat artımını da nəzərə alsaq, onda OPEK-in azalma kvotası ilə dünya bazarlarına çıxarılan əlavə neft həcmləri arasındakı fərq daha kiçik olacaq.

Elə isə 2017-ci ildə “Qara qızıl” iqtisadiyyatları bu xammaldan asılı olan ölkələrin arzuladığı ədalətli qiymət səviyyəsinə çatmaq iqtidarında ola bilərmi?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri – İlham Şaban.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button