2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Azərbaycan Xaçanovun cəzalandırılmasını istəyir

Azərbaycan Beynəlxalq Tennis Federasiyası və Rusiya Tennis Federasiyasına müraciət edərək Karen Xaçanovun cəzalandırılmasını istəyib. Səbəb idmançının “Australian Open” turnirində qələbəsindən sonra kameranın obyektivinə Azərbaycanın Qarabağ regionuna dəstək mesajı yazmasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Erməni kökənli rusiyalı Xaçanov “Böyük dəbilqə” (“Grand Slam”) turnirində qələbələrindən sonra kameranın obyektivinə iki dəfə “Artsax, möhkəm ol!” sözlərini yazıb. Ermənilər Qarabağa “Artsax” deyirlər.

“Tennisçi provokativ hərəkətlərinə görə cəzalandırılmalı, belə vəziyyətin təkrarlanmasına yol verilməməlidir”, – Azərbaycan Tennis Federasiyası yanvarın 23-də bəyanatında bildirib.

“Australian open” turnirlərindən sonra qaliblər adətən kort yaxınlığındakı kameranın obyektivinə adlarını yazırlar.

Xaçanov yanvarın 24-də 1/4 finalda amerikalı Sebastyan Kordaya qalib gəlib. Moskvada doğulmuş Xaçanovun atası Yerevandandır.

26- yaşlı, dünyada 20-ci yerdə olan tennisçi daha öncə dəfələrlə erməni kökənli olduğunu qeyd edib.

Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Dekabrın 12-dən Laçın dəhlizində ekoloji tələblərlə aksiya keçirən azərbaycanlı fəallar Qarabağda filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Rəsmi Bakı yolun humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Yerevan isə deyir ki, Qarabağ əhalisi blokadaya alınıb, məqsəd etnik ermənilərin regiondan çıxmasına, ya da Azərbaycanın suverenliyini qəbul etməsinə nail olmaqdır.

24 saat” “
Azərbaycan Xaçanovun cəzalandırılmasını istəyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button