2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetXəbərlər

Azərbaycan Xalq Hərəkatı – Eldar Həsənovun projesi?

Azərbaycanda vəziyyətin qarşımasında maraqlı olan qüvvələr var

Azərbaycanın daxili işlər naziri olmuş İsgəndər Həmidovun təşkilatçılığı ilə təsis edilən Azərbaycan Xalq Hərəkatının arxasında dayanan əsas isim sabiq baş prokuror Eldar Həsənovdur. Bu barədə 24saat.org-a daxil olan məlumatda deyilir. Bildirilir ki, Eldar Həsənovun özü bu prosesdə fiziki cəhətdən görünməsə də, bütün proseslər onun tərəfindən idarə olunur.

Azərbaycan Xalq Hərəkatı yanvarın 26-da təsis konfransını keçirib. Hərəkatın yaradıcılarından olan İsgəndər Həmidov deyib ki, yeni təşkilatın məqsədi ölkədə köklü islahatlara nail olmaqdır.

İsgəndər Həmidov köklü islahatlar adı altında seçki qanunvericiliyinin təkmilləşdirilməsi, yəni komissiyaların bir partiyanın inhisarından çıxarılması, məhkəmələrin müstəqilliyinə nail olunması, mətbuat azadlığına təminat verən qanunvericiliyin qəbulu, səhiyyə, təhsil sistemində normal vəziyyətin yaradılması, icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrin xeyrinə azaltmaq, iqtisadiyyatda məmur monopoliyasına və korrupsiyasına son qoymaq üçün struktur islahatlarının keçirilməsi, nəhayət, Dağlıq Qarabağla bağlı siyasi iradə nümayiş etdirməyi nəzərdə tutduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

İsgəndər Həmidov hakimiyyətə iddialı olduqlarını da açıqlayıb: “Onsuz da hakimiyyət sadaladığım islahatlara getməyəcək, ona görə də bizim məqsədimiz hakimiyyəti dəyişib islahatları xalqın istəyilə həyata keçirməkdir”. O vurğulayıb ki, Xalq Hərəkatının hədəfi isə demokratik islahatlara nail olmaqdır, vətəndaşın səsinin eşidilməsidir: “Hakimiyyət xalqda olmalıdır, şahda yox”.

Saytımıza məlumat verən mənbə bildirir ki, Azərbaycan siyasətində və idarəetməsində hər zaman xüsusi çəkiyə malik şəxslərdən olan Eldar Həsənovun həmyerlisi tərəfindən yaradılmasının arxasında qaranlıq məqamlar var.

Hazırda Azərbaycanın Serbiya, Monteneqro və Bosniya-Herseqovinadakı səfiri, sabiq baş prokuror Eldar Həsənov hakimiyyət daxilindəki güclərdən kənar bir güc kimi ortaya çıxmaq niyyətindədir. Bu səbəbdən də o, keçmiş hərəkatçıları bir yerə yığmaqla, əslində hakimiyyətə qarşı güc nümayişi marağındadır.

Məlumatda qeyd edilir ki, məsələnin təhlükəli tərəfi isə hakimiyyət daxilində də ona dəstək verən qüvvələrin olmasıdır. Azərbaycanda son vaxtlarda baş verən bir çox proseslər üzdə hakimiyyətin özünü qorumaq cəhdi kimi görünsə də, sonradan elə hakimiyyətin əleyhinə işləməsi müşahidə olundu. Bu proseslərə görə, beynəlxalq aləmdən zərbələr alan Azərbaycan hakimiyyəti bir çox hallarda geri addım atmaq məcburiyyətində də qalır.

Bloger Mehman Hüseynov məsələsində də bu, açıq-aydın hiss olundu. Bildirilir ki, bu proseslər Azərbaycanda vəziyyyətin qarşımasında maraqlı olan qüvvələrin təxribatının nəticəsidir. Avropada Azərbaycanı tənqid edən mühacirlərin də məhz Eldar Həsənov tərəfindən idarə olunması barədə də məlumatlar var.

Onunla həmfikir olanlar sırasına Rusiyada yaşayan azərbaycanlı iş adamı İlham Rəhimovun da olduğu barədə iddialar var.

Az24saat.org

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button