2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi: Ermənistan beynəlxalq hüquq prinsipləri əsasında qonşuluğa hazır deyil

Bakı/02.09.21  Ermənistan xarici işlər nazirinin revanşist bəyanatları Yerevanın Azərbaycana qarşı təcavüz siyasətindən imtina etmədiyini göstərir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Rusiyanın RİA “Novosti” agentliyinə verdiyi müsahibəni şərh edərkən bildirib.

Mirzoyan rəsmi Yerevanın ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini bir daha təkrarlayıb.

“Ermənistan xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyası”nın saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir”, – Abdullayeva deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə, nəhayət, yalan və xülyalara son verərək gələcək inkişaf və tərəqqiyə köklənə bilər.

Azərbaycan dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmaq tərəfdarı olduğunu bəyan edib. Ermənistanın revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir.—06Â-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button