2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa nümayəndə heyətinin Qarabağa qanunsuz səfərini tənqid edir

Fransa Milli Məclisinin üzvü Fransua Pupponi Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndiyə qanunsuz səfər edib. Bakıda bunu regionda sülhün bərqərarına qarşı atılan addımlar kimi qiymətləndirirlər.

“Fransa Milli Məclisinin üzvü Fransua Pupponi ilk dəfə deyil ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir.  O, qatı antiazərbaycan mövqeyilə seçilir. Azərbaycan qanunvericiliyini pozduğu üçün deputatın adı ölkəmizə girişi qadağan olunan xarici ölkə vətəndaşlarının siyahısındadır

Fransa Milli Assambeyasının üzvünü bu qanunsuz səfərdə müşayiət edən Fransanın Arnuvil şəhərinin meri də Azərbaycana daxil olmaq hüququndan məhrum ediləcək”, –  Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

“Fransa nümayəndələrinin bu məsuliyyətsiz və təxribatçı davranışı qəbuledilməzdir və bölgədə münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirir”, – o qeyd edib.—06D-

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button