2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Xarici İşlər Nazirliyinin Paşinyana cavabı: “Azərbaycan hərbçiləri öz suveren ərazilərindədir”

Bakı/15.11.21 Azərbaycan Xarici İşlər Nazirliyi guya “Azərbaycan Silahlı Qüvvələrinin şərq istiqamətində Ermənistan ərazisinə daxil olması” ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyanın bəyanatına reaksiya verib.

“İlk növbədə qeyd etmək istərdik ki, bu yaxınlarda Ermənistan tərəfindən baş vermiş təxribatlara cavab olaraq Azərbaycan müvafiq tədbirlər görür. Belə ki, ötən həftə, noyabrın 9-da Ermənistan Silahlı Qüvvələrinin 60-a yaxın hərbi qulluqçusu Laçın rayonu Qaragöl istiqamətində Azərbaycan ordusunun mövqelərinə gedən yolda cəmləşib. Noyabrın 13-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Noyabrın 14-də erməni silahlı birləşmələri yeni təxribat hazırlamaq məqsədilə Laçın rayonu istiqamətində iki ölkənin sərhədində yerləşiblər. Azərbaycan hərbçiləri bütün hallarda müvafiq cavab tədbirləri görüblər”, – Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva bildirib.

O qeyd edib ki, Azərbaycan hərbçiləri ölkənin suveren ərazilərində öz vəzifələrini yerinə yetirirlər.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırkı gərginliyə görə əsas məsuliyyət bilavasitə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, –  diplomat vurğulayıb. – 16d06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button