2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Azərbaycan XİN Ayvazyanın Qarabağa səfərini pisləyib


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər nazirinin Qarabağa səfərinə dair sualı cavablandırıb.

O deyib ki, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirməsi, “sənədlər” imzalaması üçtərəfli bəyanata ziddir.

“Hərbi əməliyyatların dayandırılmasından sonra bölgədə sülh, təhlükəsizlik və əməkdaşlığın yaradılması çərçivəsinə tamamilə uyğun gəlmir ” – deyə sözçü qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Leyla Abdullayeva xatırladıb ki, məhz Ermənistan baş naziri həmin bəyanata imza atıb və bu xüsusda hökumət üzərinə öhdəliklər götürüb:

“Bu öhdəliklərin rəsmi Yerevan tərəfindən pozulması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir”.

Onun fikrincə, Ermənistan rəsmiləri əsassız xülyalardan çıxış etməməli, bölgədə yaranmış yeni reallığı qəbul etməlidir:

“10 noyabr tarixli birgə bəyanatın icrasının təmin olunması, bölgədə yaranmış yeni təhlükəsizlik formatı, eləcə də əməkdaşlıq imkanlarından çıxış edərək addımların atılması sülh və təhlükəsizlik şəraitində birgəyaşayışa töhfə verə bilər. Bunun əksi isə, gərginliyi alovlandırmaq cəhdindən başqa bir şey deyildir”.

 

“İşçi səfər”

Bundan əvvəl Yerevandan verilən xəbərlərdə bildirilirdi ki, yanvarın 5-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyan “Artsaxa (Dağıq Qarabağ – red) işçi səfər” edib.

Ermənistan XİN-in məlumatında deyilirdi ki, Ayvazyan səfər zamanı Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşüb.

Xəbərdə bildirilirdi ki, Ayvazyan və Arutyunyan “9 noyabr razılaşmasından irəli gələn vəzifələrin icrası vəziyyətini, əsirlərin və əsirlikdə olan mülki şəxslərin təhlükəsiz qaytarılması və münaqişə zonasında sülh və stabilliyin bərqərar edilməsi məsələlərini” müzakirə ediblər.

 

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və 5 şəhəri işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. 

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button