2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan XİN başçısı Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin köməkçisi Karen Donfrid ilə telefon danışığı olub

Bakı/06.12.21 Dekabrın 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

Tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.

Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib.

Saytların yığılması Saytlarin yigilmasi

Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.—0–

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button