2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycan XİN Paşinyana tövsiyə verdi

Yayımlandı: 23 Mart 2023 21:24

“… Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 23-də səsləndirdiyi fikirlərə münasibət bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Baş nazir Nikol Paşinyana tövsiyə edirik ki, tarixdən dərs çıxararaq, 30 il ərzində Azərbaycan ərazilərini işğal edən, yüz minlərlə azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən Ermənistanı doğru istiqamətə yönəltsin, Azərbaycanın 2020-ci ildən bəri irəlilətdiyi sülh gündəliyinə mane olmasın, habelə Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərdən əl çəksin”, – qurumun mətbuat katibi Ayxan Hacızadənin yaydığı açıqlamada belə deyilir.

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında bildirib ki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi, yaxud “inteqrasiya” modelini nümayiş etdirir:

“Mülkiyyət hüququ ilə ermənilərə məxsus evləri sökmək, onların yerində azərbaycanlılar üçün nəzərdə tutulmuş evlər tikmək, qədim erməni abidələrindəki erməni yazılarını silmək və məsələni həll olunmuş hesab etmək…”.

Ancaq Baş nazir ardınca “Twitter”-də yeni eskalasiya olmayacağını yazıb. O, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanacağını da vurğulayıb.

Nikol Paşinyan. Foto: Meydan TV

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi olacaq və o, ən yüksək səviyyədə qəbul edilmiş birgə rəsmi bəyanatlara əsaslanacaq. Yeni eskalasiya olmayacaq! Beynəlxalq ictimaiyyət bu məsələni güclü şəkildə dəstəkləməlidir”, – deyə Paşinyan yazıb

Ayxan Hacızadə isə açıqlamasında deyib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hədə olan və Ermənistanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri heçə sayan Ermənistan rəhbərliyinin təcavüzkar ritorikası Ermənistanın bölgədə sülhdə maraqlı olmadığını göstərir:

Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olmuş keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını Azərbaycan tərəfindən üçtərəfli bəyanatın pozuntusu kimi qələmə verilməsi qəbuledilməzdir. Həm öz ərazisində, həm də 30 illik müddətdə işğal altında saxladığı şəhər və kəndlərdə azərbaycanlılara məxsus mülkləri dağıtmaqla yanaşı, bu ərazilərə qanunsuz şəkildə erməniləri köçürən Ermənistanın Azərbaycanın öz suveren ərazilərində və tarixi torpaqlarında məskunlaşma həyata keçirməsinə qarşı çıxması absurddur. Bu bəyanat həmçinin Ermənistanın dönə-dönə istinad etdiyi Praqa və Soçi razılaşmaları ilə də birbaşa ziddiyyət təşkil edir”.

Ayxan Hacızadə. Foto: “azertag.az”

Əgər Ermənistan həqiqətən də Azərbaycana qarşı öz ərazi iddialarından, revanşist siyasətindən əl çəkmək niyyəti varsa, bu kimi təcavüzkar ritorikadan imtina etməlidir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır”,-deyə Hacızadə fikrini tamamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Talış kəndində olarkən demişdi ki, “bu gün “Qarabağ Ermənistandır və nöqtə” deyən, bizi yeni müharibə ilə hədələyən Ermənistan bilmir hansı qanadın altında özünə yeni himayədar tapsın”:

Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button