2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan xüsusi təyinatlı qüvvələrini artıracaq,  2022-ci il  isə Şuşa ili elan edilib

Bakı/01.01.22 Ötən il Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Türkiyə və Rusiya ilə əlaqələri gücləndirib. Gürcüstan və İranla əlaqələr möhkəmlənir. Çoxtərəfli əməkdaşlıq platforması formalaşır. Bunu dövlət başçısı İlham Əliyev ölkə vətəndaşlarına Yeni il müraciətində deyib.

“Ümid edirəm ki, nə vaxtsa bizim Ermənistanla da yaxşı qonşuluq münasibətlərimiz olacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edən Ermənistan regional rolunu artıra bilər. Ümid edirəm ki, Soçi və Brüsseldə əldə olunan razılaşmalar 2022-ci ildə həyata keçiriləcək”, – deyə Əliyev bildirib.

2022-ci ildə ölkənin hərbi qüdrəti artacaq, yeni silah və texnika alınacaq. “ Bu il artıq Azərbaycanda yeni hərbi birləşmə yaradılmışdır – Komando Qüvvələri. Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq”, – Əliyev deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, işğaldan azad edilən ərazilərdə müasir hərbi infrastruktur yaradılacaq. Bütün bunlar birlikdə Azərbaycanın hərbi üstünlüyünü təmin edəcək, deyə Əliyev bildirib.

İşğaldan azad edilmiş ərazilərdə əhalinin geri qaytarılması məqsədi ilə sosial layihələrə böyük vəsait qoyulacaq. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına xüsusi diqqət yetirilir.

“Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”, Əliyev qeyd edib. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button