2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Azərbaycana 4 ay vaxt verildi

Növbəti dörd ay ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti yaxşılaşmasa, EITI (Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü) Azərbaycanın təşəbbüsdəki statusunu dayandıra bilər, EITI-ın Siyasət və Region üzrə Direktoru Dyveke Rogan BBC Azərbaycancaya deyib.

Çərşənbə günü Qazaxıstan paytaxtı Astanada keçirilən müzakirələr zamanı EITI Azərbaycanın bu qurumda statusu barədə qərar verib.

Ötən il Azərbaycana bir sıra islahat tədbirləri görmək barədə məsləhət verilib. Azərbaycan bu tədbirlərin çoxunda “əhəmiyyətli irəliləyiş” əldə edib deyə, ölkənin statusu “namizəd” olaraq qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan tərəfi bu qərara “müsbət” yanaşdığını deyir. “Azərbaycan hökuməti bu islahedici addımların icrası istiqamətində fəaliyyətlərini davam etdirəcəkdır”, Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov BBC Azərbaycaya deyib.

Lakin EITI deyir ki, növbəti islahedici addımların atılmasını gözləyir.

EITI sədri Fredrik Reinfeldtin sözlərinə görə, 2015-ci ilə nisbətən Azərbaycan qurumun standartlarını həyata keçirməkdə “əhəmiyyətli irəliləyişlər edib”.

“Kompromis”
MSŞT QHT koalisiyasının keçmiş kordinatoru və şura üzvü Zöhrab İsmayılın fikrincə bu qərar “adekvat deyil” və EITI İdarə Heyəti məsələyə “daha sərt yanaşmalı idi”.

Onun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyəti “demək olar ki, prosesdən kənarlaşdırılıb” və EITI prosesində “yetərincə iştirak edə bilmir”.

Azərbaycanın indiyə qədər həyata keçirdiyi dəyişikliklər kökündən həll olunçalı məsələni “həll etmir”.

Problemlərin həllinə gəldikdə isə cənab İsmayıl deyir ki, bunun üçün “qanunvericilik dəyişdirilməli, vətəndaş cəmiyyətinin fəaliyyətinə qoyulmuş süni əngəllər aradan qalxmalı idi”.

O, bu gün hökumətə verilən 4 ayı kompromis hesab edir – bu, “sadəcə hökumətə verilmiş əlavə vaxtdır”.

Azərbaycan hökuməti 2015-ci ilin yanvar ayında attestasiya prosesindən keçməyə başlayıb.

Digər ssenarilər
“Əgər Azərbaycan bütün lazımi tədbirləri yerinə yetirsəydi, İdarə Heyəti Azərbaycanı tamhüquqlu üzv elan edə bilərdi”, Dyveke Rogan deyir.

Əgər EITI İdarə Heyəti qərar versəydi ki, kifayət qədər irəliləyişlər əldə olunmayıb, Azərbaycanın statusu dondudulardı, İdarə Heyəti Azərbaycanın heç irəli getmədiyini desəydi isə Azərbaycan “siyahıdan çıxarıla bilərdi”.

EITI dünyada mədən hasilatı ilə məşğul olan şirkətlərin şəffaflığını təmin etmək üçün çalışan qurumdur.

Qurumun standartlarını yerinə yetirmək üçün hər ölkə EITI Standartında göstərilən şəffaflıq tələblərini həyata keçirdiyini göstərən müstəqil qiymətləndirmədən keçməlidir. Bu, “EITI Attestasiyası” adlanır.

Azərbaycan bu attestasiyadan keçməli olan ilk ölkədir.

Oktyabrın ortalarında Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov BBC Azərbaycanın sualını cavablandıraraq demişdi ki, “Azərbaycan böyük irəliləyişlər əldə edib, amma hələ də, müəyyən məsələlər qalır”.

“Qanunvericilikdə dəyişikliklər olmuşdu və bu, qeyri-hökumət təşkilatlarının bu prosesdə iştirakını müəyyən mənada məhdudlaşdırmışdı, çətinliklər yaratmışdı”, Şahmar Mövsümov bildirib.

(bbc azəri)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button