2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycana keyfiyyətsiz siqaretlər əsasən Rusiyadan gətirilir

eyyubƏmtəə bazarında hətta Əfqanıstan məhsulları var

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan bazarında külli miqdarda keyfiyyətsiz siqaretlərin olduğunu deyib. “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” mövzusundakı dəyirmi masada çıxış edən komitə sədri bildirib ki, keyfiyyətsiz siqaretlər bazara axın edir. Bunu da o, ölkədə siqaretə meylliliyin çoxalması fonunda ciddi təhlükə hesab edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azadlıq.info-ya açıqlamasında deyir ki, ölkənin əmtəə bazarında külli miqdarda qaçaqmal siqaretləri var. Qurum sədri gömrük orqanlarının belə, qaçaqmalçılığın qarşısını birdəfəlik kəsə bilmədiyini söyləyir:
“Hazırda ölkəyə Rusiyadan keyfiyyətsiz siqaretlər gətirilir. Həmin məhsullar Rusiyanın özündə və xaricdə istehsal edilən məhsullardır. Bundan əvvəl Azərbaycana Əfqanıstandan da keyfiyyətsiz siqaretlər gətirilib. Gömrük orqanları nəzarət etsə də, problemi tam həll etmək mümkün deyil. İctimai nəzarət həyata keçirilməli, əhali belə siqaretləri almamalıdır”.
E.Hüseynov deyir ki, AİB monitorinqlər keçirməklə mövcud problemlə bağlı dövlət orqanları qarşısında məsələ qaldıracaq.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button