2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Azərbaycanda əməkçi hüququ necə qorunur?

Bugünlərdə yenidən Azərbaycanda pambıq tarlalarında kütləvi zəhərlənmə halı ilə bağlı məlumatlar eşidilir. Sonuncu belə məlumat iyunun 23-də Beyləqan rayonundan eşidildi. Bundan 4-5 il əvvəl də Azərbaycanın bir sıra rayonlarında (Saatlı, Tərtər, İmişli və s.) pambıq tarlalarında bir çox kütləvi zəhərlənmə halı baş vermişdi. Həmin hadisələrlə bağlı 10-a yaxın müəyyən vəzifəli şəxs də mühakimə edilmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən – iyunun 23-də, habelə, çiyələk sahəsindən evlərinə aparılan işçilərin Ələt-Astara yolunda qəzaya düşdüyü və 23 nəfərin xəsarət aldığı bildirildi.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən “Turan”a bildirilib ki, ilin ilk 5 ayı ərzində Xidmətə 5 minə yaxın vətəndaş müraciət edib: “Hər bir müraciət operativ olaraq cavablandırılıb. Araşdırmaya ehtiyac olan müraciətlər araşdırmaya götürülüb və nəticəsi müraciət edən şəxsə bildirilib”.

Vurğulanıb ki, əsaslı müraciətlər əsasında tədbirlər görülür: “Sözügedən dövrdə işdən əsassız olaraq uzaqlaşdıran 43 vətəndaşla bağlı qanunauyğun tədbirlər görülüb. Həmin vətəndaşların yenidən işə götürülməsi təmin olunub. Bununla yanaşı, 420 mindən çox gecikdirilmiş ödəmənin işçilərə ödənilməsi təmin olunub”.

Əmək məsələləri üzrə ekspert, hüquqşünas Sübhan Həsənli də AzadlıqRadiosuna deyib ki, əmək mühafizəsi və əmək hüquqları Əmək Məcəlləsi ilə tənzimlənir. Onun vurğulamasına görə, burada ən əsas məsələlərdən biri əmək müqaviləsidir: “Təəssüf ki, Azərbaycanda hələ də əmək müqaviləsi və onun bağlanması ilə bağlı çox ciddi problemlər mövcuddur. Bir çox hallarda işəgötürən müqavilə bağlamaqda maraqlı olmur. Bunun nəticəsində də işçilər işdən çıxdıqda və yaxud da istehsalda bədbəxt hadisə olanda kompensasiya, digər uyğun ödənişlər ala bilmirlər”.

Hüquqşünasın sözlərinə görə, qanunla əmək mühafizəsinin tənzimlənməsi məsələsində bələdiyyələrin və həmkarlar ittifaqlarının iştirakı nəzərdə tutulub: “Amma, çox təəssüf, bizdə bələdiyyə institutunun özü hələ ki, təkmil deyil”.

Ekspert əlavə edib ki, işçilərin hüquqları ilə bağlı ixtisaslaşdırılmış qeyri-hökumət təşkilatlarının təşəbbüsləri yoxdur: “Həmkarlar ittifaqlarına gəlincə, onların bu məsələdə fəaliyyətləri adekvat deyil. Bu da işçilərin hüquqlarının pozulmasına gətirib çıxarır”.

Həmkarlar ittifaqında isə onlarla bağlı tənqidləri, bir qayda olaraq, qəbul etmirlər.

24 saat” “
Azərbaycanda əməkçi hüququ necə qorunur?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button