2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda 12 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb

Azərbaycanda 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah bazar günü, martın 22-də bildirib.

Həmin məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda Azərbaycanda 54 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir, – sənəddə qeyd olunub. – Qeyd edək ki, Azərbaycanda koronavirus yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır”.

Nazirlər Kabineti yanında operativ qərargah bir daha xatırladıb ki, “vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək, mövcud preventiv tədbirlərin şərtlərinə ciddi əməl etmək tələb olunur”.

Martın 21-də koronavirus infeksiyasına 9 yoluxma faktı qeydə alınıb.

Martın 19-da Azərbaycanda 10 koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, Nazirlər Kabineti yanında operativ qərargah bildirib.

Qərargahın cümə axşamı günü verdiyi məlumatda deyilib ki, infeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar.

Martın 18-də Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirusa yoluxmuş şəxslərdən 4-nün sağaldığını bildirmişdi.

Qərargah martın 17-si axşam saatlarında daha 6 nəfərin bu infeksiyaya yoluxduğunu bildirib.

Çərşənbə axşamı səhəri isə 3 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındığı bildirilmişdi.

Matın 15-də Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb.

Operativ Qərargahın məlumatında həmin şəxslərin də səhhətlərinin stabil olduğu deyilirdi.

İndiyədək 11 nəfər “sağalıb”

Rəsmi qurumlara əsasən, martın 21-nə olan məlumata görə, Azərbaycanda koronavirusdan 11 nəfər sağalıb, bir nəfər ölüb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”-nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı martın 21-də deyib ki, həmin tarixədək xəstəlik aşkar olunmadığı üçün 711 nəfər karantindən evə buraxılıb.

“Hazırda karantində 560 nəfər var, bu günə qədər 4200-ə qədər müayinə aparılıb”, Ramin Bayramlı deyib.

Martın 14-ü yayılan məlumata görə, Covid-19-dan müalicə olunan daha üç nəfər sağalaraq evə buraxılıb. Onların hamısı Azərbaycan vətəndaşıdır.

İndiyədək qeydə alınan yoluxma hadisələri barədə müntəzəm xəbər verilsə də, onların ümumi sayı haqqında rəsmi rəqəm elan olunmamışdır.

Bu həftə Azərbaycanda koronavirusla bağlı ilk ölüm hadisəsi qeydə alınıb. Xəstəxanaya yerləşdirilmiş daha bir nəfərin “stabil ağır” vəziyyətdə olduğu bildirilir. Azərbaycanda koronavirusun ilk halı 28 fevralda qeydə alınıb.

Neftçi fəaliyyətini dayandırıb

Azərbaycanda koronavirusla bağlı “sosial izolyasiya” tədbirləri barədə qərar qəbul edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə kütləvi tədbirlər təxirə salınır və ya ləğv olunur. Şənbə günü qüvvəyə minən qərar ardınca onun icrası ilə bağlı müxtəlif məlumatlar yayılıb.

Martın 14-də Neftçi futbol klubu öz fəaliyyətinin dayandırılması barədə açıqlama verib.

“Neftçi PFK böyük heyətə malik olan kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə bütün fəaliyyətini birmüddətlik, müvəqqəti dayandırıb”, – klubun saytında bildirilir.

Müvafiq tədbirlər barədə Müdafiə nazirliyi də xəbər yayıb. Məlumata əsasən, Müdafiə nazirliyində keçirilən müşavirədə kütləvi tədbirlərin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə göstəriş verilib.

Martın 15-dən 19-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri məhdud fəaliyyət göstərəcək, xidmətin saytında bildirilir.

Bbc.com

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button