2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda 14 yaş və aşağı yaşda olanlar arasında siqaret çəkənlərin sayı artıb

“Bu gün Azərbaycanda siqaret çəkənlərin gəncləşməsi prosesi gedir”.
Bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə “Tütün-inkişaf üçün təhlükə!” mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, əvvəllər ölkədə 16-17 yaşarası siqaret çəkən gənclər vardısa, bu gün həmin göstərici 14 yaş və aşağı yaşda olanları əhatə edir: “Bu da özlüyündə müəyyən qeyri-infeksion xəstəliklərin sayının artmasına səbəb olur. Çünki tütün ağciyərdə xərçəng xəstəliyinin əsas səbəbkarı hesab edilir”.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev isə qeyd edib ki, tütün epidemiyası dünyada aktual olan problemlərdən biridir: “Dünyada ölümlərin 60-70 faizini məhz qeyri-infeksion xəstəliklər təşkil edir”.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button