2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda 273 mindən çox şəxs peyvənd olunub

Fevralın 27-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 980 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən “Koronavirusinfo.az” saytı məlumat yayıb. Məlumata görə, hazırkı dövrə qədər Azərbaycanda 273 198 nəəfər peyvəndlənmə prosesində iştirak edib.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın Çinin “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün.

Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Azərbaycanda vaksinasiya prosesi yanvarın 18-dən başlayıb. İlkin mərhələdə tibb işçiləri, 65 yaşdan yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks epidemik tədbirlərə cəlb etdiyi heyət vaksinasiya prosesinə cəlb olunub.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda isə indiyədək ümumilikdə 234 min 267 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3 min 218 nəfərin vəfat etdiyi açıqlanıb.

24 saat” “Azərbaycanda 273 mindən çox şəxs peyvənd olunub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button