2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda 29 mindən artıq narkoman var

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2016-cı il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 29.448 nəfər qeydiyyatda olub.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Lent.az-a verilən məlumata görə, onlardan 24.056 nəfəri dispanser, 5.392 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 18 yaşa qədər 5 nəfər, 612 nəfəri qadın, 183 nəfəri toksikoman, 20.576 nəfəri (459 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2016-cı ildə 2.142 nəfər yeni qeydiyyata götürülüb, 1.249 nəfər isə qeydiyyatdan çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

2017-ci ilin 3 ayı ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 7256 nəfər keçib. Onlardan 403 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub və 252 nəfər istifadəçi aşkar olunaraq müvafiq qeydiyyata götürülüb.
Həmçinin, car ilin 3 ayı ərzində 833 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 308 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 519 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicəyə qəbul edilib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button