2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda ayı uşaq bağçasına hücum etdi

Bu gün Oğuz rayonunun Xalxal kəndi yaxınlığında yerləşən meşə sahəsindən ayı kəndə hücum edib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd camaatı səs-küy salmaqla ayını meşə sahəsinə qaytarmağa cəhd etsə də, ayı kəndə daxil olub, bir inəyə xəsarət yetirib, bir avtomobilə ziyan vurub.

Ayı sonra uşaq bağçasının həyətinə daxil olub. Həmin vaxt orada 50-dən çox uşaq olub. Belə olan halda həmin bağçanın yanında yaşayan Fazil Şükürov ayıya atəş açaraq öldürüb.

Saytların yığılması Saytlarin yigilmasi

Xoşbəxtlikdən heç bir uşaq xəsarət almayıb. Hazırda ayının quduz olub-olmamasını müəyyən etmək üçün Baytarlıq Xidmətinin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button