2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda bəzi həmsədrlərdən narazılıq edirlər, amma…


Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilərin olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib. Münaqişəni tənzimləyən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri də bu ara, oktyabrın 1-də birgə bəyanat verərək, tərəfləri hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırıb.

Amma Avropa Birliyi dövlətlərinin başçılarının görüşündə həmsədr ölkələrdən birinin-Fransanın prezidenti Emmanuel Makron-un həm Suriyadan Azərbaycana döyüşçülərin gətirilməsi kimi iddia səsləndirməsi, həm də bir sıra fikirləri Azərbaycanda böyük təpkilərə səbəb olub.

“Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək”

Saytların yığılması Saytlarin yigilmasi

İndi istər Azərbaycanin bəzi deputatları və istərsə də bir sıra ekspertlər E.Makronun bəzi açıqlamalarının Fransanın ATƏT-in Minsk qrupunda vasitıçilik missiyası ilə bir araya sığmadığını deyirlər. Amma həmsədr ölkələrdən tənqid edilən tək Fransa deyil.Bəzən yerli ekspertlərin dilində Rusiya və ABŞ-ın da bu mənada adı qeyd edilir. Prezident:

Oktyabrın 2-də prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib və orada həmsədrlərin neytral olmasının vacibliyindən bəhs edib. O, “Bu siyasi dalanda Rusiya vasitəçiliyi Azərbaycan üçün məqbuldurmu?” sualına cavab olaraq deyib ki, bu prosesdə iştirak etdiyi 17 il ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib: “…

Əlbəttə ki, Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki, vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə çox yüksəkdir.Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam etməlidir, əgər onların hamısı neytrallığı qorusa… ”.

Prezident sonra da əlavə edib ki, son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat edir:

“ …Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə, onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız, vasitəçi olmalısınız.

“Sən hansısa tərəfin mövqeyini saxlayırsansa, necə vasitəçi ola bilərəsn?”

Əks halda, vasitəçilik bizim tərəfimizdən qəbul edilməyəcək ” Azərbaycanin Avropa Şurası Parlament Assambleyasinda ( AŞPA) nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov isə “Turan” agentliyinə deyib ki, Azərbaycan Fransanı ATƏT-in Minsk qrupu həmsədrliyindən kənarlaşdırmayıb. Onun sözlərinə görə, Fransa qrupda neytrallığını, bitərəfliliyini qorumamaqla özünü bu missiyadan kənarlaşdırır:

“Məntiq ona dəlalət edir ki, sən hansısa formada bu münaqişəni tənzimləmək niyyətindəsənsə, vasitəçilik missiyasını öz üzərinə götürmüsənsə ən azı obyektivliyi, neytarallığı, bitərəflliliyi saxamalısan. Sən hansısa tərəfin mövqeyini saxlayırsansa, necə vasitəçi ola bilərəsn?” S.Seyidov daha sonra Fransa prezidentindən sitatlar gətirir:

“ “Biz Azərbaycana Qarabağı yenidən götürməyə imkan verməyəcəyik” ifadəsini, sübutun olmadığı halda Azərbaycana Suriaydan döyüşçülər gətirilməsi barədə fikriləri necə ifadə edə bilirsən?”

S.Seyidov deyib ki, E.Makron ölkəsinin qrupda həmsədr kimi qalmağını istəyirsə bəyanat verməli, öz səhvlərini etiraf etməlidir. Deputat hesab edir ki, bir çox ölkələr problemin həll olunmamasını istəyir, vaxtı uzadaraq problemi Azərbaycana unutdurmaq, işğal faktı ilə barışmağa çalışırlar.

“Həmsədrin dəyişdirilməsi bir az çətindir”

Politoloq Şahin Cəfərli isə Azadlıq Radiosuna deyib ki, Azərbaycan istənilən həmsədrin xidmətindən imtina etmək hüquqna malikdir:

“Amma həmsədrlik institutunda həmsədrin dəyişdirilməsi biraz çətin məsələdir. Hansısa həmsədrin dəyişməsi münaqişədə tərəf olan hər iki tərəfin razlığı ilə mümkündr. Hər iki münaqişə tərəfi razı olmalıdır ki, filan ölkə həmsədrlik formatından çıxır, onun yerinə filan ölkə gəlir. Bu baxımdan həmsədrin dəyişdirilməsi bir az çətindir”.

Onun fikrincə, amma Fransa dövləti öz tərəfsizliyini ciddi şəkildə pozarsa və açıq şəkildə Ermənisatana dəstək verərsə, o zaman Azərbaycanın hüququ var ki, vasitəçi, həmsədr olaraq Fransanın xidmətindən imtina etsin:

“Fransanın iştirakı ilə aparılan prosesdə iştirak etməyəcəyini bəyan etsin, belə hüququ var”.

Ş.Cəfərli hesab edir ki, Fransa prezidenti bitərəfliyi hələ ki, ritorika səviyyəsində pozub, önəmli olan isə söz yox, praktik siyasətdir:

“Əgər biz praktik olaraq Fransanın öz tərəfsizliyini qərar və addımlarında ciddi şəkildə pozduğunu görsək onda tam haqqımız var ki, Fransanın vasitəçiliyndən imtina edək ”.

Onun fikrincə, E.Makronun bu deyimləri daha çox Fransanın daxili auditoriyasına hesablanıb. Bu açıqlamalara, hələlik, Fransanın Azərbaycandakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər bəzi kəndləri və strateji yüksəklikləri işğaldan azad edib. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Azərbaycanda prezident İlham Əliyevin fərmanı ilə sentyabrın 28-i saat 00:00-dan hərbi vəziyyətdir. Bundan başqa ölkədə qismən səfərbərlik də elan edilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button