2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda bəzi yeniyetmələrə peyvənd vurulacaq

Azərbaycanda 16-18 yaşlı yeniyetmələrə hansı istisna hallarda COVID-19 əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacağı açıqlanıb.

Bu barədə sentyabrın 7-də Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, istisna hallar xroniki xəstəlikdən əziyyət çəkənlərə və xaricdə təhsil alanlara aid ediləcək

Saytların yığılması Saytlarin yigilmasi

Cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi qərar qəbul edib.

Qərara əsasən, ölkədə istisna hallarda 16-18 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurulacaq. Bunun üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button