İqtisadiyyat
Azərbaycanda benzin yenidən ucuzlaşdı – KASIBLARA DƏXLİ YOXDUR
Dünən saat 00:00-dan etibarən “Aİ-95” premium markalı benzinin qiyməti ucuzlaşıb.
Məlumata görə, “Aİ-95” markalı yanacağın qiyməti 0,10 manat ucuzlaşaraq 1 manat 10 qəpik olub.
Xatırladaq ki, “Aİ-95” premium markalı benzinin qiyməti martın 13-də 1 manat 50 qəpikdən 1 manat 20 qəpiyə düşmüşdü.
“24 saat” xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.