2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda bir vaksin bir neçə nəfərə vurulur? – Yayılan xəbərlər doğrudur?

Son zamanlar sosial şəbəkələrdə koronavirusa qarşı istifadə olunan “Sinovac” vaksininin tək qablaşdırılmasının iki nəfər üçün tətbiq edildiyi ilə bağlı məlumatlar yer alır.

Belə ki, bəzi vətəndaşlar peyvənd olunarkən onlar üçün açıq qablaşdırılmadan istifadə olunduğunu deyir.

Maraqlıdır, bir vaksinin bir neçə nəfərə vurulması nə dərəcədə doğrudur? Ümumiyyətlə, bir dozanın ölçüsü nə qədər olmalıdır?

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ətrafında Sfera.az-a danışan Türkiyənin Biotexnologiya İnstitunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov bir vaksinin iki nəfərə vurulmasının normal olduğunu bildirib:

“Bir ampulanın bir neçə nəfər üçün istifadəsi normaldır. Çünki artıq vaksin bir nəfərə vurulduqdan sonra yerdə qalan hissə qablaşdırılma açıldığı üçün xarab ola bilər. Bir ampula iki nəfər üçün nəzərdə tutulub, yəni tək qablaşdırılma iki doza deməkdir. Bu baxımdan narahat olmağa dəyməz”. 

Professor bir dozanın miqdarı ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Bir dozanın miqdarını yalnız onu istehsal edən şirkət bilir. “Sinovac” innoaktiv peyvənddir. İnnoaktiv peyvəndlərin bir dozasının isə neçə mikroqram olduğunu bilmək olmur. Ümumiyətlə, vaksindən aslı olaraq bu ölçü də dəyişir”. 

Əzizə Zeynal 

az24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button