2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda bu bankların öhdəlikləri 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (7 376,373 milyon manat), “PAŞA Bank” (5 399,578 milyon manat), “Kapital Bank” (5 150,448 milyon manat), “Xalq Bank” (1 785,357 milyon manat) və “Bank Respublika” (1 125,383 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 18-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda 17 bankın öhdəlikləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu il iyulun 1-nə öhdəlikləri illik müqayisədə az olub.

Bunlar “Azər-Türk Bank”, “Premium Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Yelo Bank”, “Rabitəbank” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (67,6%), ən az azalma isə “Azər-Türk Bank”da (1%) qeydə alınıb.

Qalan 17 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (35,6%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,3%) qeydə alınıb. 

Renkinq

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button