2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda çempionu bıçaqladılar- VİDEO

Kempo üzrə Avroasiya çempionu, kikboksinq üzrə respublika çempionu Ceyhun Niyazov bıçaqlanıb.

1994-cü il təvəllüdlü idmançı yaşadığı Ağcabədi rayonunda Cəlil Əsədov tərəfindən hücuma məruz qalıb və ağır yaralanıb. Məlumata görə, hadisə C.Əsədovun idmançının işlətdiyi kafeyə hücum etməsindən sonra baş verib.

Xəbəri idmançı BakuPost.az-a təsdiqləyib. Bildirib ki, həmin şəxs kafeyə daxil olaraq, səs-küy salmağa başlayıb. Onu sakitləşdirmək istədikdə isə hadisə baş verib: “Mənə 7 bıçaq zərbəsi vurdu. Yaxşı ki, vaxtında xəstəxanaya çatdırılmışam. Ağrılarım çox olsa da, indi vəziyyətim normal qiymətləndirilir”.

Saytların yığılması Saytlarin yigilmasi

İdmançının sözlərinə görə, hadisə dekabrın 27-də baş verib. O, xəstəxanadan evə dünən buraxılıb, amma müalicəsi davam etdirilir.

Hadisəni törədən şəxs hələ saxlanılmayıb. Onun narkotik asılılığından əziyyət çəkdiyi bildirilir.

Məsələ ilə bağlı Ağcadəbi rayon Polis Şöbəsiondən münasibət öyrənmək mümkün olmayıb.
https://youtu.be/O9ueVp_f0ys

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button