2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda COVİD-19-dan ölənlərin sayı 8000-ni ötüb

Bakı/07.12.21  Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 1530 yeni hal aşkar edilib, 1 864 xəstə sağalıb, 21 nəfər vəfat edib. Bu barədə dekabrın 7 – də Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.

Pandemiya başlayandan yoluxanların ümumi sayı 598 503-ə çatıb, o cümlədən 567 385 nəfər müalicə olunub, 8 004 nəfər ölüb, 23114 nəfər aktiv xəstənin müalicəsi davam edir.

Sutka ərzində 12 863 test keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Son sutka ərzində 35 926 nəfər COVİD-19-a qarşı peyvənd olunub.

Gün ərzində birinci doza peyvənd  olunanların sayı 4 572, ikinci dozanı qəbul edənlərin  sayı 4 617 nəfər, buster doza alanların sayı 26 737 nəfər olub.

Hazırda Azərbaycanda vaksinasiyanın ümumi sayı 10 739 068 təşkil edir ki, onlardan da ilk dozanı 5 103 256, hər iki dozanı 4 597 903, buster dozanı 1 037 909 nəfər qəbul edib.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button