2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda dəhşət: 10 yaşlı qızı öldürüb yandırdılar

Tovuz rayonunda ötən il noyabrın 21-dən itkin düşən 10 yaşlı Quliyeva Nərmin Şərif qızının meyiti yanvarın 6-ı axşam saatlarında rayonun Dondar Quşçu kəndində yanmış vəziyyətdə aşkarlanıb.

Kənd sakinlərinin mediaya bildirdiyinə görə, meyit kənddəki çayxanaya yaxın ərazidə arxın içində tapılıb. Sakinlər ərazidə yanıq iyi hiss ediblər, yanğının olduğu yerə yaxınlaşanda Nərminin meyitini aşkarlayılar.

Saytların yığılması Saytlarin yigilmasi

Hadisə ilə bağlı Baş Prokurorluq açıqlama yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanovun feysbukda paylaşdığı açıqlamada deyilir ki, aparılmış araşdırmalarla qızın qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edilib və buna görə də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin əməkdaşları artıq hadisə yerində olub və meyiti götürüb.

Rəsmi məlumata görə, hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nərminin atası Şərif Quliyev qızını kim(lər)in və niyə öldürə biləcəyini anlamadığını deyib. O, “Modern.az” saytına açıqlamasında baş verənlərə hələ də inanmadığını bildirib. Ş.Quliyev qeyd edib ki, qohum-qonşuda şübhələndiyi kimsə yoxdur:

“Biz kiminləsə ədavəti olan adam deyilik. Öz halımızda, güzəranımızda yaşayan adamlarıq. Hadisə qardaşımın uşağının toyundan bir gün sonra-21 noyabrda olub. Gödəkçəm qardaşımgildə qalmışdı. Özüm qızımı göndərdim ki, getsin mənim gödəkçəmi gətirsin. Gödəkçəni evdən götürüb küçəyə çıxandan sonra da yoxa çıxıb. Mən bu işin axırına kimi gedəcəm. Necə olur olsun, qızıma qarşı törədilmiş cinayətin aşkara çıxması üçün əlimdən gələni edəcəm. Mətbuat nümayəndələrindən bu işə diqqət yetirmələrini xahiş edirəm”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button