2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda dəhşət: Dördüncü sinif şagirdi intihar etdi

Zaqatalada IV sinif şagirdi intihar edib.

APA-nın verdiyi xəbərə görə, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Muxax kəndində baş verib.

Kənd sakini, 2007-ci il təvəllüdlü Hafiz Nazim oğlu Məmmədovun meyiti yaşadığı evin həyətyanı sahəsində inşa edilmiş təndirxanada asılı vəziyyətdə özündən böyük qardaşı tərəfindən aşkar edilib.

Saytların yığılması Saytlarin yigilmasi

İlkin araşdırma zamanı 11 yaşlı Hafiz Məmmədovun hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Hafiz Məmmədov Muxax kəndində fəaliyyət göstərən tam orta məktəblərdən birinin IV sinif şagirdi idi.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button