2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda dərman satışı ilə bağlı yeni cərimələr tətbiq olunacaq

Azərbaycanda normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan ediləcək.
“Report” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Komitə sədri Əhliman Əmiraslanov deyib ki, yeni əlavə “Dərman vasitələri haqqında” qanuna təklif edilib. Onun sözlərinə görə, layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
İclasda həmçinin, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik layihəsi müzakirə olunub. Təklif olunan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək.
Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək cərimə ediləcək.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button