2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda daha 141 dövlət əmlakı hərraca çıxarılıb

 Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) aprelin 18-də yeni hərrac keçirəcək.
Komitədən bildirilib ki, hərraca ümumilikdə 141 dövlət əmlakı olmaqla 25 səhmdar cəmiyyəti, 29 kiçik dövlət müəssisə və obyekti, 87 istifadəsiz qeyri-yaşayış sahəsi və 16 nəqliyyat vasitəsi çıxarılıb.
Bu hərraca 43 kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti altındakı torpaq sahəsi ilə birlikdə çıxarılıb. Belə ki, elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Sumqayıt, habelə Şəmkir, Lənkəran, Zaqatala, Tərtər, Balakən və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 3 saylı avtomobillərə qazdoldurma stansiyası, Lənkəranda yerləşən 2 saylı yanacaqdoldurma məntəqəsi, Şəmkir rayonunda yerləşən “Çinar” soyuducular zavodunun Şəmkir filialı var.
Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək start qiyməti Balakəndə yerləşən əmlak kompleksinə aiddir, 1,017 mln. manata təklif olunan müəssisənin ümumi faydalı sahəsi 11 266,4 kv.metr, torpaq sahəsi isə 37 602 kv.metrdir. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 26-sı paytaxtda, qalanları isə respublikanın ayrı-ayrı şəhər və rayonlarında yerləşir. Ən yüksək ilkin satış qiyməti ilə hərraca çıxarılan qeyri-yaşayış sahəsi paytaxtın Nəsimi rayonundadır. Belə ki, bu əmlak 110 min manat start qiyməti ilə hərraca çıxarılıb.
Bu dəfəki hərracda 25 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Sözügedən səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Tikinti Quraşdırma”, “Beyləqan Sənaye Kombinatı”, “Yevlax Tikinti”, “Salyan Aqrotexservis”, “Salyan Broyler”, “İsmayıllı Sənaye İstehsal” kimi səhmdar cəmiyyətlər var.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button