2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda daha bir əsgərin intihar etdiyi bildirilir

Yayımlandı: 25 Yanvar 2023 11:57

Prokurorluq hərbçinin özünü odlu silahla öldürdüyünü deyir

Azərbaycanda daha bir əsgərin intihar etdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatı Hərbi Prokurorluğun Mətbuat Xidməti yayıb.

Bildirilir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əkram Asim oğlu Salahov yanvarın 24-də odlu silahdan atəş açaraq özünü öldürüb.

“Məlumat Qubadlı Hərbi Prokurorluğuna gəlib. Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb. Həmçinin izahatlar alınıb və digər hərəkətlər icra edilib”, – deyə açıqlamada vurğulanır.

Məlumatda qeyd edilir ki, fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda  Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb:

“Bunun əsasında şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib”.

“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq”, – deyə nazirlik qeyd edir.

Meydan TV-yə daxil olan məlumata görə, əsgər Əkram Salahov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini  Ağstafa şöbəsindən xidmətə çağırılıb.

Əsgərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button