2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Azərbaycanda daha bir Dünya Kuboku keçirilir

80 ölkədən 1013 idmançı yarış üçün Bakıya gəlib.

Bakıda daha bir Dünya kuboku keçiriləcək. Gənclər və İdman Nazirliyindən ANS PRESS-ə verilən məlumatına görə, Olimpiya atıcılıq növləri üzrə Beynalxalq İdman Atıcılıg Federasiyasiyasının təqvim planina əsasən Dünya Kuboku yarışı (ISSF WORLD CUP 2016 ) Bakıda keçiriləcək.
İyunun 21-də Baki Atıcılıq Mərkəzində saat 14.00-da Mərkəzdə turnirin rəsmi açılış mərasimi keçiriləcək. Yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və «Qəbələ» Atıcılıq Klubunun dəstəyi ilə Baki Atıcılıq Mərkəzində baş tutacaq.
Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir. Dünya kuboku bu gündən 29-na kimi olacaq.
Atıcılıq kuboku (arxiv)
Bu yarişlar 6-14 avgustda Rio de Janeyroda keçiriləcək Olimpiya oyunlarin ərəfəsində son mərhəlləsidir.  16-23 sentyabr ərzində isə “Qəbələ” atıcılıq klubunda ənənəyə əməl olaraq olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.
2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur. 20-29 iyun tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı “ISSF TV” vasitəsilə dünyanin bir çox olkələrdə canlı yayımlanacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button