2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycanda dolların satışında 4 faizlik marja ləğv edilir

Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

“APA-Economics”in əldə etdiyi məlumata görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: “Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq”.

Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button