2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda dolların yenidən bahalaşması üçün tarix verildi: “ 2 manat olacaq”

Mərkəzi Bankın məlumatına görə, fevralın 4-də dolların rəsmi məzənnəsi 1.9111 manat səviyyəsində müəyyən olunub. Qeyd edək ki, fevralın 3-də də dolların məzənnəsi eyni həddə müəyyənləşmişdi. Bundan əvvəlki hərracda məzənnə 1,92 manat təşkil etmişdi. 

Dolların məzənnəsi neçə manata qədər azala bilər?

İqtisadçı Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, baş verənlərin heç bir iqtisadi əsası yoxdur:

Saytların yığılması Saytlarin yigilmasi

“Dolları bazara çıxaran yeni oyunçular peyda olub. Həmçinin dollardan asılılığımız da azalmayıb. Yəni, Azərbaycanda fundamental olaraq heç nə dəyişmir. Yeganə iqtisadi və məntiqi səbəb o ola bilər ki, son zamanlar insanların alıcılıq qabliyyətinin düşməsilə əlaqədar idxal mallarına tələbat azalıb. Yəni, bahalaşma kəskin olduğu üçün insanların bir çoxu istehlak mallarını almağa gücü çatmır. Nəticədə malların dövriyyəsi azalıb, bu da valyutanın ölkədən çıxmasının sürətini azalda bilər”.

İqtisadçı qeyd edib ki, indiki məqamda manatın ciddi şəkildə möhkəmlənməsi üçün heç bir əsas yoxdur:

“Ehtimal ki, Mərkəzi Bankın müəyyən bir siyasəti də ola bilər. Bir neçə ay bundan əvvəl rəsmi məzənnə 1.49-a qədər gerilədi, yəni, manat möhkəmləndi. İnsanlarda bir panika yaşandı, bir çoxu əllərində olan dolları satdı. Amma sonradan dollar 1.81, 1.90-a qədər bahalaşdı. Ola bilər ki, bu, Mərkəzi Bankın bir-iki həftəlik addımı olsun.

Hətta onu da nəzərə almaq lazımdır ki, büdcə xərclərinin əsas hissəsi dekabrın ortasından sonra Maliyyə Nazirliyi tərəfindən təsdiqlənərək büdcə layihələri üzrə maliyyənin ayrılması prosesi başlayır. Fevralın ortasından sonra manatın dövriyyəsinin artması prosesi olacaq. Bu da gələcəkdə dollara olan tələbatı artıracaq amillərdən biridir”.

Natiq Cəfərli digər bir yaxın vadəli amili də xatırladaraq vurğulayıb ki, mart ayında Novruz bayramından öncə idxal mallarına tələbat və ticarət dövriyyəsi artır:

“Bu da dollara olan tələbatı artıracaq. Onu da nəzərə alaq ki, Azərbaycanda ən uzunmüddətli bayram günləri mart ayındadır. Bu zaman xarici ölkələrə səfər etmək istəyənlərin sayı artacaq. Təbii ki, onlar gedərkən özləri ilə valyuta aparmalı olacaq. Bu da valyutaya olan tələbatı artıran amillərdəndir. Hesab edirəm ki, Mərkəzi Bank 2-3 həftə belə bir trendi saxlaya bilər ki, insanlar əllərində olan valyutanı satsın. Amma fevralın sonu, martın əvvəllərinə qədər dolların məzənnəsinin 2 manat həddinə qədər bahalaşması ehtimalı çox yüksəkdir”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button