2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda dörd məhkum ölüb: biri tanınmış falçı idi

Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib.

Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar – 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov, 1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını dəyişiblər.

Qeyd edək ki, dünyasını dəyişən məhkumlardan S. Babayeva tanınmış falçı olub. O özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb. Törətdiyi cinayət əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
///APA

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button