2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Azərbaycanda FETO-çu ovuna çıxmağa dəyməz” – EKSPERT

Milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər mətbuata açıqlamasında Azərbaycandakı Fətullahçılardan bəhs edib.

Amma Moderator.az-a açıqlama verən təhlükəsilik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl bu qənaətdədir ki, Azərbaycanda Fətullah Gülən tərəfdarları dövlətimiz üçün təhlükə mənbəyi hesab oluna bilməz və FETÖ-çuların Türkiyədəki əməlləri prizmasından yanaşaraq Azərbaycanda da Fətullahçı ovuna çıxmaq doğru deyil:
“Azərbaycanda Fətullah Gülənin tərəfdarları var, sadəcə bəzən nurçularla Gülən tərəfdarlarını eyniləşdirirlər. Bunlar arasında xüsusi bir gərginlik və düşmənçilik yoxdur, ümumiyyətlə Fətullah Gülən tərəfdarları liberal baxışlara daha çox üstünlük verirlər. Məhz radikallıqdan uzaq liberal dəyərlər Fətullah Gülənin tərəfdarlarının sayını bütün dünyada artırmışdır, o cümlədən Azərbaycanda. Azərbaycanın istər hərbi, istər mülki dövlət qurumlarında, eləcə də biznes sahəsində Fətullah Gülən tərəfdarlarının olması barədə xəbərlərin həqiqət yükü var və dünyanın 170 ölkəsində məktəblər açmış bir ideya sahibinin tərəfdarlarının olması normaldır. Amma bu gün Türkiyədə  “FETO-çu terror təşkilatı” çevriliş cəhdində olub deyəndə istər-istəməz Gülən tərəfdarlarının hansı ölkədə olmasından asılı olmayaraq şüuraltı onlara təhlükə mənbəyi kimi baxırlar. Əlbəttə ki, bu yanlış qənaətdir və Azərbaycanda Fətullah Gülən ideyalarına hörmət və ehtiramla yanaşan kəsimin simasında bu gün heç bir təhlükə gözlənilmir. Təhlükə o vaxt yarana bilər ki, bu adamlar təşkilatlanmış, qruplaşmış formada, konkret hədəflər uğrunda fəaliyyət göstərmiş olsunlar. Əgər belə bir fəaliyyət varsa da bu çox zəifdir və Azərbaycanda FETO-çu ovuna çıxmağa dəyməz”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button