2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Azərbaycanda gələn il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib

Yayımlandı: 20 Dekabr 2022 17:12

2023-cü ildə 109 istirahət günü var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Kollegiyası Azərbaycanda 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Əmək Məcəlləsinə  və  Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:       

1, 2 yanvar –  Yeni il bayramı;

20 yanvar – Ümumxalq Hüzn günü;

8 mаrt – Qadınlar günü;

20, 21, 22, 23, 24 mart –  Novruz bayramı;

21, 22 арrеl – Ramazan bауrаmı;

9 may – Faşizm üzərində Qələbə günü;

28 mау – Müstəqillik Günü;

15 iyun –  Azərbaycan xalqının Milli Qurtuluş  günü;

26 iyun –  Azərbaycan Respublikasının Silahlı Qüvvələri  günü;

28, 29 iyun – Qurban bayramı;

8 noyabr – Zəfər Günü;

9  noyabr –  Azərbaycan Respublikasının Dövlət Bayrağı günü;

31 dekabr –  Dünya Azərbaycanlılarının  Həmrəyliyi günü.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində  3, 4 yanvar,  24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.

Foto: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü vardır. 

Nazirlik qeyd edir ki, Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan,  gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

ƏƏSMN vurğulayır ki, altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

təqvimi təsdiq edilib

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button