2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda Gülen hərəkatı və Erdoğanın müdaxiləsi

Türkiyədə 2016-cı ilin iyulunda baş vermiş uğursuz çevriliş cəhdindən sonra Recep Tayyip Erdoğanın Fethullah Gülen şəbəkəsinə qarşı xüsusilə şiddətli hücumu başlayıb.

Türkiyə hökuməti çevriliş cəhdinin arxasında ABŞ-da yaşayan din xadiminin dayandığını iddia edir.

Bu şəraitdə, əgər mövcuddursa belə, Gülen şəbəkəsi ilə hətta pərdəarxası əlaqələrin saxlanması Azərbaycan iqtidarı üçün elə də asan olmayacaqdır.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq Qafqaz Universitetinin rektorunun vəzifəsindən uzaqlaşdırılması və universitetin Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilməsi bunun sübutudur.

Azərbaycanda fethullahçılar hərəkatı

Türkiyədə Fethullah Gülenin rəhbərliyi altında formalaşmış hərəkat Azərbaycana 1990-cı illərin əvvəllərindən gəlib.

Əsas məqsədləri post-sovet məkanında ateizm dövründə xeyli zəiflədilmiş İslamın dirçəldilməsi olsa da, hərəkatın sonrakı dövrlərdə həm metod və vasitələrində, həm də məqsədlərində müəyyən dəyişiklilər baş verib.

Türk əsilli tədqiqatçı Bayram Balçının yazdığı kimi Fethullah Gülen hərəkatının fəaliyyətini üç əsas istiqamətdə – media, təhsil və biznes sahəsində qururdu.

Hələ 1990-cı illərin ortalarında Gülen hərəkatının “Zaman” qəzeti Azərbaycanda ilk rəngli mətbəəsi, professional materialları ilə yerli medianın tənəzzülü fonunda bir müddət hətta ölkənin ən populyar qəzetinə çevrilə bilmişdi.

Həmçinin, hərəkatın Türkiyədən yaymlanan Samanyolu TV kanalı da, camaat böyüyüb, dindarların sayı artıdqca daha çox populyarlıq qazanırdı.

Bir müddət sonra Samanyolu Azərbaycanda öz studiyasını açır, yerli dildə də efirə verilişlər buraxır və nəhayət “Xəzər TV” adı ilə ayrıca telekanal kimi fəaliyyətinə başlayır.

Ticarət sahəsində isə hərəkatın ən böyük layihəsi yəqin ki, “Nil” şəbəkəsi və burada türk biznesini birləşdirən Azərbaycan Türkiyə Sənayeçi və Iş adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB ) adlı qurum olub.

Lakin, “Hizmət” adlanan bu şəbəkənin Azərbaycanda və ümumiyyətlə qlobal miqyasda ən böyük uğuru onun camaat arasında “Çağ Öyrətim litseyləri” adı ilə məşhur olan təhsil məktəbləri və univetsitetə qəbul hazırlığını həyata keçirən “Araz” kursları idi.

Bu müəssisələr yalnız Bakıda deyil, ölkənin ən müxtəlif bölgələrində fəaliyyət göstərirdi. 2013-cü ildə Azərbaycanda 12 belə litsey və 13 kurs mövcud idi.

Əski sovet təhsilinin tənəzzülü şəraitində bu yüksək səviyyəli tədris həyata keçirən litseylər çox lazımlı və keyfiyyətli alternativə çevrilmişdi.

Ali məktəblərdə ən yuxarı bal toplayan, beynəlxalq olimpiadalarda qalib gələn şagirdlər əsasən bu məktəblərdən çıxırdı.

Həmçinin 1993-cü ildən Bakıda hərəkatın Qafqaz Universiteti fəaliyyətinə start verir, korrupsiya içində boğulan yerli universitetlər fonunda, pozitiv mənada ciddi şəkildə fərqlənməyə başlayır.

İslam təbliğatını dəvətdən daha çox, təmsil, xoşgörü siyasəti ilə həyata keçirən fethullahçılar bir növ mötədil, modern İslamın brendinə çevrilmişdilər.

Məktəblərdə dəvət əvvəl “Mənəviyyat” fənni çərçivəsində aparılsa da, sonra Azərbaycan təhsil nazirliyinin müdaxiləsi ilə fənn yığışdırılır.

Həmçinin Azərbaycan hökuməti Qafqaz Universitetindəki teoloji fakultənin də bağlanmasına nail olur.

Bundan sonra litseylərdə şagirdlərin dinlə təması “belletmen” və müəllimlərin dərsdən sonrakı “hoca söhbətləri” vasitəsilə həyata keçirilirdi.

Bununla bərabər, bu məktəblərdən heç də bütün məzunlar dinə bağlı olanlar kimi ayrılmırdı. Məzunlar içində kifayət qədər böyük sekulyar təbəqə də mövcuddur.

İslama bağlılığı çıxmaq şərtilə hərəkat və onun strukturlarının Azərbaycan elitası ilə sıx maraq təması da yaranır.

Onlar hakim elitaya demonstrativ loyallıq nümayiş etdirirdilər və bu əlaqələr təkcə Azərbaycandakı maddi maraqlarla kifayətlənmirdi.

İstər Türkiyədə, istərsə də Qərbdə Gülenlə Azərbaycan hökumətinin möhkəm işbirliyi formalaşmışdı.

Hətta fethullahçıların geniş beynəlxalq şəbəkəsinin Əliyev iqtidarına lobbiçilik sahəsində yardımçı olduqları da bildirilirdi.

Lakin bu təmasları Türkiyədəki islamçı elita arasında baş verən qarşıdurma zəminində ciddi imtahan gözləyirdi.

Türkiyədə Erdoğan-Gülen münasibətləri

1996-cı ildə Türkiyədə panislamist görüşlərə malik Refah Partiyasının rəhbəri Necmeddin Erbakanın Türkiyənin baş naziri olması sekulyar konstitusiyanın qarantı hesab edilən ordunu ciddi narahat edirdi.

Tarixə “28 Şubat sürəci” kimi düşən hadisələrdən, başqa sözlə ordunun xəbərdarlığından sonra 1997-ci ilin əvvəlində bu hökumət dağılır.

Ardınca Refah Partiyası məhkəmə tərəfindən qapadılır. Necmeddin Erbakana siyasi fəaliyyət qadağası qoyulur. Partiyanın namizədi kimi İstanbul bələdiyyəsinin başqanı olmuş Recep Tayyip Erdoğan isə həbs edilir.

Bu “postmodern”adlandırılan çevriliş əsnasında Fethullah Gülen də təqiblərdən qorunmaq üçün ABŞ-a mühacirət edir və sonradan Türkiyədə qiyabi olaraq məhkum olunur.

Elə bu dövrdə Siyasi İslamın establişmentini təşkil edən Erbakan tərəfdarları ilə, Recep Tayyip Erdoğanın lideri olduğu və özünü islahatçı, mötədil, yenilikçi kimi təqdim edən “gənclər” qrupu arasında daxili siyasi mübarizə başlayır.

Refahçıların yeni təşkilatı olan Fəzilət Partiyasının rəhbərliyinə keçirilən seçkilərdə siyasi faəliyyətləri qadağan olunmuş Erbakanın və Erdoğanın özləri deyil, köhnə qvardiyanın nümayəndəsi Recai Kutanla “gənc yenilikçi”lərin nümayəndəsi Abdullah Gül üz-üzə gəlir.

Gül məğlubiyyətə uğrayır və islamçıların bu qolu partiyadan gedib ayrıca təşkilatlanmış Ədalət və İnkişaf Partiyasında (AKP) toplaşır, Recep Tayyip Erdoğan partiyanın sədri olur.

Fethullah Gülenin rəhbərlik etidiyi hərəkatın Erdoğan tərəfdarları ilə yaxınlaşması da məhz Refahın qapanmasından sonrakı dövrə təsadüf edir.

O vaxta kimi birbaşa siyasi iştirakdan çəkinən Gülen hərəkatı əsasən təhsil, media layihələrini gerçəkləşdirir, həmçinin Türkiyədə məhkəmə-hüquq sisteminin aşağı və orta eşalonlarında, polis sistemində öz kadrlarının yerləşdirilməsinə, yaxud müxtəlif sahələrdən olan elita ilə yaxın əlaqələrin qurulmasına çalışırdı.

Onların Refahla görünən əlaqələri yox idi. Daha çox Ecevit, Çiller kimi siyasətçilərlə təmasları olurdu.

Erdoğan tərəfdarlarının yenilikçi, islahatçı adı ilə sərt siyasi İslam tərəfdarlarından aralanması Gülenin də onunla yaxınlaşmasına səbəb olmuşdu, yeni İslami koalisiya yaranmışdı.

AKP-nin 2002-ci il seçkilərində qələbəsindən sonra ümumi mənafelərinə uyğun islamlaşıdrma proqramı həyata keçirilirdi.

AKP və fethullahçılar bir yerdə, ordu başda olmaqla, sekulyar kəsimdən təmizləmə əməliyyatlarını gerçəkləşdirirdilər və boşaldılmış məqamlara yeni kadrlar həm Erdoğana, həm də “Hizmət” hərəkatına loyal adamlardan seçilirdi.

Lakin sekulyar establişmentin zəiflədilməsindən sonra, tezliklə nüfuzu və mövqeləri möhkəmləndikcə avtoritarlaşan, əvvəlki panislamist mövqelərinə qayıdan Erdoğanla, hakimiyyət strukturlarında yerini, həmçinin cəmiyyətdə təsirini daha da genişləndirməyə müvəffəq olmuş “Hizmət”in öz aralarında dərin düşmənçiliyə çevriləcək rəqabəti başlayacaqdı.

İlk dəfə 2012-ci ildə “MİT dartışması” deyilən hadisədə Erdoğan və Gülen tərəfdarları ciddi şəkildə üz-üzə gəlir. Bu hadisədən sonra münasibətlər kəskinləşir.

2013-cü ildə Erdoğan iqtidarının universitetlərə qəbul kursları kimi fəaliyyət göstərən dərsxanələri bağlamaq niyyətini açıqlaması Gülen mediasının hökuməti sərt tənqid etməsinə səbəb olur.

Ardınca məhkəmə-hüquq, polis strukturlarından Gülenə bağlı olduğu deyilən qruplar Erdoğan hökumətinə qarşı korrupsiya ittihamı irəli sürür, bir sıra şəxsləri həbs edir.

Erdoğan yaranmış böhran şəraitində hökumətin üç üzvünü istefaya göndərsə də, tezliklə bütövlükdə “paralelçilər” adı qoyduğu fethullahçılara qarşı total hücuma keçir.

Erdoğanın Gülen hərəkatı ilə Azərbaycanda mübarizəsi

Erdoğan həmçinin hizmətçilərlə mübarizəni ölkədən kənara da uzadır və Gülenin Azərbaycandakı strukturları onun əsas hədəflərindən birinə çevrilir.

2014-cü ilin aprelində Erdoğan gülençilərin siyahısını Azərbaycan hökumətinə təqdim etdiyini deyir.

Eyni zamanda həmin ilin martında SOCAR vitse-prezidenti Xaliq Məmmədov Gülen məktəblərinin bu şirkətin nəzarətinə keçdiyini bildirir. Xəzər TV və hazırlıq kursları da Azərbaycan hökumət nümayəndələrinin nəzarətinə keçir.

Bununla belə, Azərbaycan hökumətinin Gülen şəbəkəsinə basqısının formal xarakter daşıdığı, yoxsa bütün bu strukturların doğrudan da fethullahçıların əlindən alındığını demək çətindir.

bbc.com

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button